Azərbaycan Xalça Muzeyində Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Xalça Muzeyində Heydər Əliyevin xatirəsi anılıb
19:02 12 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı və siyasi iradəsi mənsub olduğu xalqın həyatında əvəzedilməz rola malikdir. Xalqının tarix səhnəsində mühüm yer almasına səbəb olan ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun ən böyük xidmətlərindən biri milli-mədəni və mənəvi irsimizin qorunub saxlanmasına fədakarlıqla yanaşması olub.
Bu fikirlər Azərbaycan Xalça Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirdə sələnib.
Muzeydən "Report"-a bildirilib ki, tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Röya Tağıyeva Heydər Əliyevin mədəniyyətimizə, xüsusən də, qədim xalça sənətimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edənlər Ulu Öndərin muzeydə keçirilən yubiley və digər tədbirlərdə iştirakından söz açıblar.
Sonda ulu öndər Heydər Əliyevdən bəhs edən sənədli film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-xalca-muzeyinde-ulu-onderin-xatiresi-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR