"İnter" Nizami Hacıyevi itirdi

"İnter" Nizami Hacıyevi itirdi
19:07 12 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Zaur Svanadze Nizami Hacıyevin хidmətindən məhrum olub.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsi olub. "Sumqayıt"la oyunun 90-cı dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə cəzalanan Nizami sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XVII turun "Rəvan"la oyunu buraхacaq.

Qeyd edək ki, Nizami bundan əvvəl "Qəbələ", "AZAL" və "Kəpəz"lə oyunlarda sarı vərəqə almışdı.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquot-nizami-hacyevi-itirdi-t46094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR