Xanımların nəzərinə: saçınız gec uzanırsa...

Xanımların nəzərinə: saçınız gec uzanırsa...
19:12 12 Dekabr 2015
182 Maraqlı
Ölkə mətbuatı
A- A+

Darçın saç baxımında mütəmadi olaraq istifadə edildiyində saçların daha tez uzanmasını təmin edir və saç köklərini gücləndirir.

Milli.Az lent.az-a istinadən saça faydaları olan darçın maskalarını təqdim edir.

Darçın yağı maskası

Saç müalicəsinin ən asan yolu darçın qabığı yarpaqlarından çıxarılan yağla saç dərisini masaj etməkdir. Saçlarınızı yumadan 25 dəqiqə əvvəl darçın yağını saç diblərinə sürtsəniz, baş dərisindəki qan dövranı yaxşılaşar, saç kökləri daha tez böyüyər. Bundan başqa bu maska kəpək və qaşıntı kimi problemlərin həllinə də yardım edir.

Darçın və zeytun yağı maskası

Bu maskanı saç tökülməsini dayandırmaq və saç uzanmasını tezləşdirmək üçün istifadə edə bilərsiniz. 1 çay qaşığı toz darçın və 2 yemək qaşığı zeytun yağını şüşə qabda qarışdırın. Saç dərisinə masaj edərək sürtün və yarım saat saçlarınızda saxlayın, sonra şampunla yuyun. Maskanı hazırlamadan əvvəl zeytun yağını isitməyi unutmayın.

Darçın, yumurta və zeytun yağı maskası

Saçlarınızın tez uzanması üçün daha təsirli bir üsul axtarırsınızsa, bu maskadan yararlana bilərsiniz. Darçın, yumurta və isidilmiş zeytun yağını yaxşıca qarışdırıb saçlara sürtmək lazımdır. Nəm saça sürtün və saçınızı darayın. 15-20 dəqiqə saxladıqdan sonra maskanı şampunla yuyun. Həftədə bir dəfə tətbiq edin.

Darçın, bal və zeytun yağı

Darçın, bal, zeytun yağı saç tökülməsinin qarşısını alır, saçların tez uzanmasına yardım edir. Bütün bu ərzaqları qabda qarışdırın, əldə edilən qarışımı saç dərisinə sürtün və 15 dəqiqə sonra şampunla yuyun.

Bundan başqa darçından rəng açıcı kimi də istifadə edə bilərsiniz. Əgər saçlarınızda rəng dəyişikliyi istəyirsinizsə, 1 çay qaşığı darçın tozu 2 yemək qaşığı saç kremi ilə qarışdırın. Maskanı saça sürtün. Yaş dəsmalla bağlayıb bir gecə belə saxlayın. Saçınızı səhər oyananda ən azı iki dəfə şampunla yuyun. Həftədə bir dəfə bu maskanı edin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR