Heydər Əliyevn ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı

Heydər Əliyevn ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı
19:13 12 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində ölkədə sürətlə infrastruktur yaradıldı, neft-qaz sektorunun və onun əsasında iqtisadiyyatın digər sahələrinin, aqrar-sənaye kompleksinin dinamik inkişafı təmin edildi, Azərbaycan kəndinin siması dəyişdi. Bütün bunlar dövlətçiliyin dayaqlarının möhkəmlənməsində mühüm rol oynadı.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. Ş.Muradov daha sonra deyib: “Heydər Əliyev Azərbaycanın yeni tarixinin rəmzinə çevrilib. Ümummilli liderin müəyyən etdiyi inkişaf tempi arxayınlaşmağa imkan vermir, əksinə, Azərbaycanın sürətli yüksəlişi davam edir. Yaxın illərdə və onilliklərdə Azərbaycanın qarşısında duran geniş miqyaslı vəzifələr onu göstərir ki, Azərbaycan xalqı hərtərəfli ölçülüb-biçilmiş, ölkəmizin dünya birliyində layiqli yer tutmasına imkan verən strateji kurs keçib”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyevn_olke_rehberliyine_qayidisindan_sonra_Azerbaycan_iqtisadiyyatinda_yeni_inkisaf_merhelesi_baslandi-910805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR