Gələcək nəsillər ulu öndər Heydər Əliyev irsini dərindən öyrənməlidir

Gələcək nəsillər ulu öndər Heydər Əliyev irsini dərindən öyrənməlidir
19:13 12 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Gələcək nəsillər ulu öndər Heydər Əliyevin zəngin siyasi irsini dərindən öyrənməlidir.
Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn gənc fəal Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində söyləyib.
N.Hacıağayev deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər görən, ölkəmizin, xalqımızın gələcəyini düşünən dahi şəxsiyyət olub. Ümummilli Liderin gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan N.Hacıağayev deyib: “Dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam, yüksək bilikli, bu dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə çalışırdı. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gələcək nəsillər dahi şəxsiyyətin irsini daha dərindən öyrənmək ruhunda tərbiyə olunmalıdır”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelecek_nesiller_ulu_onder_Heyder_Aliyev_irsini_derinden_oyrenmelidir-910804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR