Kəlbəcər suyu “erməni brendi” kimi satılır - FOTO

Kəlbəcər suyu “erməni brendi” kimi satılır  - FOTO
19:17 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun sərvətlərini talayaraq özünküləşdirməkdə davam edir.

Hazırda Ukrayna super marketlərində, restoranlarında və digər satış yerlərində Kəlbəcər suyu "Djermuk" adı ilə "erməni brendi" kimi təqdim edilir.

"Djermuk Qrup" tərəfindən qablaşdırılaraq alıcılar təklif olunan suların qiyməti 20, 23, 28 Ukrayna qrivnisidir.

Milli.Az xezernews.az-a istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) tərəfindən aşkarlanan bu halın qarşısının alınması üçün UABD tərəfindən Azərbaycanın Ukraynadakı səfirliyinə, xüsusən də bu məhsulların satışına icazə verən Ukraynanın müvafiq təşkilatlarına müraciətlər hazırlanır.

Xatırladaq ki, Kəlbəcər rayonunda məşhur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı İstisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşağı İstisu - 260 min litr, Qoturlu - 70 min litr, Tutğun - 600 min litr təsdiq edilib.

Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, Mineral Su Zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Ermənistan tərəfindən hazırda Kəlbəcərin mineral sularının böyük miqyasda xarici ölkələrə ixracı təşkil olunub.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR