Görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında dəyərli xidmətləri olub

Görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında dəyərli xidmətləri olub
19:23 12 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, mədəniyyət xadimlərini həmişə dəstəkləyirdi. Məhz bu dahi siyasi xadimin hakimiyyətdə olduğu illərdə Azərbaycanda çoxsaylı mədəniyyət müəssisələri inşa edilib, dövlətimiz yeni inkişaf səviyyəsinə çatıb. Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.
Ulu öndər Heydər Əliyevin nurlu xatirəsini ehtiramla yad etmək üçün Fəxri Xiyabana gəlmiş Əməkdar Artist Şükufə Musayeva bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
O qeyd edib ki, görkəmli siyasi xadimin Azərbaycan xalqı qarşısında dəyərli xidmətləri olub. Məhz onun müəyyən etdiyi müdrik siyasi xətti sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_siyasetchi_Heyder_Aliyevin_Azerbaycan_xalqi_qarsisinda_deyerli_xidmetleri_olub-910809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR