Ümummilli Lider daim uşaqlara, gənclərə diqqət və qayğı ilə yanaşıb

Ümummilli Lider daim uşaqlara, gənclərə diqqət və qayğı ilə yanaşıb
19:33 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Flora Şükürova, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli lider Heydər Əliyev daim uşaqlara, gənclərə diqqət və qayğı ilə yanaşıb.
Bu sözləri AZƏRTAC müsahibəsində dekabrın 12-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyə gəlmiş 115 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Abdulla Abdullayev deyib.
O bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarının bəhrələrini görür və şübhəsiz ki, sabah da görəcəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Lider_daim_usaqlara_genclere_diqqet_ve_qaygi_ile_yanasib-910817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR