Səfirliyə hücum: ölü və yaralılar var

Səfirliyə hücum: ölü və yaralılar var
19:36 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. İspaniya səfirliyi qarşısında avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində 7 nəfər həyatını itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, Əfqanıstanın daxili işlər nazirliyinin nümayəndəsi bildirib ki, partlayış zamanı 5 polis əməkdaşı və iki əcnəbi vətəndaş həlak olub. İspaniya daxili işlər nazirliyi isə hadisədən sonra yaydığı açıqlamada xəsarət alan polislərdən daha ikisinin həlak olması barədə məlumat yayıb.

Daxili işlər nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, yeddi sakin və iki polis əməkdaşı da xəsarət alıb. O qeyd edib ki, partlayış zamanı aparılan əməliyyatlarda 12 xarici vətəndaş xilas edilib.

Əfqanıstan polisi bundan əvvəl də İspaniya səfirliyinin yaxınlığında qonaq evinə edilən basqın zamanı yaraqlıların hamısının məhv edilməsi barədə məlumat verib.

Baş verən partlayışa görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Bundan əlavə, Suriyada partlayıcı maddə dolu maşının partladılması nəticəsində ilkin məlumatlara görə, 15 nəfər vəfat edib, 30 nəfər yaralanıb.

Yerli mənbələrin verdiyi məlumata görə, Homs şəhərində Əz-Zəhra məhəlləsində olan "Əl-Əhli" xəstəxanası yaxınlığında baş verən hadisədə ölü və yaralıların sayının artacağı istisna edilmir.


Suriyadakı əl-Əhli xəstəxanası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR