İsmayıllıda ev yanıb

İsmayıllıda ev yanıb
19:38 12 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsmayıllı rayonunda vətəndaşa məxsus ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər berir ki, İsmayıllı rayonu, İvanovka kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 5 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR