Heydər Əliyevin əziz xatirəsi qədirbilən insanların qəlbində daim yaşayacaq

19:58 12 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ölkəmizin hərtərəfli inkişafına görə Ulu Öndərə borcluyuq. Ömrünü xalqının tərəqqisinə həsr etmiş, ona nicat vermiş dahi şəxsiyyətin əziz xatirəsi qədirbilən insanların qəlbində daim yaşayacaq.
Bu sözləri dekabrın 12-də Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Azərbaycan Dövlət Statistika Komitəsinin əməkdaşı Vüqar Vəliyev AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə xüsusi əhəmiyyət verən Ümummilli Lider həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib.
Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. O həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışırdı. Ümummilli lider Heydər Əliyev dövlətin idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirib, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyevin_eziz_xatiresi_qedirbilen_insanlarin_qelbinde_daim_yasayacaq-910825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR