Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir
20:37 12 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənubundaki Koaçella şəhərində məscid yanıb.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, yanğın cümə namazından öncə baş verib. Xəsarət alan olmayıb.
Rəsmilər yanğının qəsdən törədildiyindən şübhələnir.
Təhqiqatda Federal Təhqidat, habelə alkoqol, tütün, odlu silhalar və partlayıcılarla mübarizə büroları iştirak edir.
Qeyd edək ki, hadisə yerindən 125 km uzaqlıqda yerləşən San Bernardinoda radikal islamçı cütlük 14 nəfərin ölümünə yol açan hücum həyata keçirmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kaliforniyada-mescidin-qesden-yandirildigindan-subhelenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR