Filarmoniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən konsert olub

Filarmoniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən konsert olub
21:03 12 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna yerindən söhbət açıb. O vurğulayıb ki, Azərbaycan xalqı Ümummilli Liderin şəxsiyyətinə bəslədiyi hörməti qəlbində qoruyub saxlayır və Vətənin işıqlı gələcəyinə inanır. Nazir deyib: “Ən çətin və qarışıq dövrdə - ötən əsrin 90-cı illərində Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb və ölkəni parçalanmaqdan qurtarıb. Hazırda Azərbaycan dünyada layiqli yer tutur. Heydər Əliyev məktəbinin yetirməsi olan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda sürətli iqtisadi, mədəni yüksəliş müşahidə olunur”.
Ə.Qarayev, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Bakı dünyanın mədəniyyət mərkəzinə çevrilib. “Azərbaycan xalqı nə qədər yaşayırsa, Heydər Əliyevin də adı bir o qədər yaşayacaq”, -deyə nazir vurğulayıb.
Konsertdə Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Azərbaycan Dövlət xor kapellası (bədii rəhbər Xalq Artisti Gülbacı İmanova) çıxış edib. Tədbirdə Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Cüzeppe Verdi, Georq Hendel, Karl Orfun əsərləri səsləndirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filarmoniyada_umummilli_lider_Heyder_Aliyevin_xatiresine_hesr_edilen_konsert_olub-910842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR