UEFA AVRO-2016-dan 1,95 milyard avro gəlir əldə edəcək

UEFA AVRO-2016-dan 1,95 milyard avro gəlir əldə edəcək
21:37 12 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ UEFA Fransada keçiriləcək 2016-cı il futbol üzrə Avropa çempionatından təxminən 1,95 milyard avro gəlir əldə edəcək.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, qarşılaşmaların yayım hüququnun satışına görə UEFA-nın büdcəsinə 1 milyard avro daxil olacaq.
Federasiya biletlərin satışına görə daha 480 milyon avro, digər kommersiya mənbələrindən isə 480 milyon avro əldə edəcək.
Avropa çempionu ünvanını əldə edəcək komanda 27 milyon avro qazanacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/uifa-avro-2016-dan-1-95-milyard-avro-gelir-elde-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR