ABŞ-da Heydər Əliyevi xeyriyyəçiliklə andılar

ABŞ-da Heydər Əliyevi xeyriyyəçiliklə andılar
22:01 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Amerikadakı səfirliyi Heydər Əliyevin anım günü ilə bağlı Merilend ştatının Qida Bankı xeyriyyəçilik təşkilatına ianə verib.

ANS TV-nin məlumatına görə, böyük istehsal müəssisəsini xatırladan bu məkan Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatıdır. Buradakı ərzaqlar isə ianələr hesabına toplanır. Məqsəd evsiz və kasıb olan əhaliyə yardım etməkdir. Güclü diaspor təşkilatlarından və dövlətlərdən maliyyə dəstəyi alan fond da məlumatsız deyildi. Elə bankın hökumətlərlə əlaqələr üzrə direktoru Nensi Smit də Azərbaycan barəsində az bilmirdi. Ölkənin Dağlıq Qarabağ probemindən tutmuş, son 20 ildə keçdiyi yolundan danışdıqca sanki bu qadın Bakıda yaşayıb kimi təəssüratı yaradır. Amerikadakı səfirliyin müşaviri Məmməd Talıbov məhz Heydər Əliyevin anım günü ilə bağlı dövlət adından ianə təqdim etdi.

Xanım Smit isə dedi ki, Heydər Əliyevin anım günü ilə bağlı Amerikdakı kasıb əhaliyə edilən yardım gözəl ənənəyə çevrilib. Amerikalıların kasıb əhaliyə yardım etməsi isə hər kəsə nümunə ola bilər. Təkcə bu il onlar Meirlend şatatında 850 min insana qida və geyim yardımı edib. Eyni zamanda işlə də təmin ediblər. Burda hazırlanan bağlamalarda insana gündəlik həyatında gərəkli olan məhsullar yer alır.


Bankın hökumətlərlə əlaqələr üzrə direktoru Nensi Smit isə bildirib ki, insanlar yardım aldıqları üçün şükür edirlər. Yardım alanların 37 faizi hökumətin yardımından imtina ediblər.

1979-cu ildən fəaliyyət göstərən Qida Bankında işləyənlər isə könüllülərdir. Amerikalılar faydalı olub kiməsə yardım etməkdən həqiqətən də zövq alırlar.

Xanım Nensi bir daha qeyd edib ki, məqsədləri təkcə yemək verməklə bitmir. Küçələrdə ac qalan bu insanların cəmiyyətə qayıtmasına da yardım etməkdir.

Nəzərə alsaq ki, Azərbaycanda da insanlar yardım etməkdə maraqlıdırlar, onda bu ənənənin tətbiq etməyə dəyər.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR