Ulu Öndər dövlətçilik tariximizdə xüsusi yeri olan dahi şəxsiyyətdir

Ulu Öndər dövlətçilik tariximizdə xüsusi yeri olan dahi şəxsiyyətdir
22:03 12 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə dövlətçilik tariximizdə xüsusi yeri və rolu olan, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin çoxcəhətli həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. Azərbaycanın müstəqilliyinin və hazırkı inkişafının möhkəm təməli Ümummilli Lider tərəfindən həmin illərdə yaradılan potensiala əsaslanır.
M.Abbaszadə qeyd edib ki, müdrik rəhbər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər sırasında təhsil, elm və mədəniyyətin inkişafına qayğısı xüsusi yer tutur. Dahi şəxsiyyətin yenidən respublika rəhbərliyinə qayıdışından sonra bu iş daha geniş miqyasda davam etdirilib.
Tədbirdə digər çıxış edənlər də görkəmli dövlət xadiminin şərəfli həyat yolundan və fəaliyyətindən söz açıblar.
Sonra Ulu Öndərin 2002-ci ildə ali məktəblərə yüksək balla qəbul olunan tələbələrlə görüşündən bəhs edən film göstərilib.
 
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_dovletchilik_tariximizde_xususi_yeri_olan_dahi_sexsiyyetdir-910855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR