Tərcümə Mərkəzinin kataloqu 5 dildə nəşr olunub

Tərcümə Mərkəzinin kataloqu 5 dildə nəşr olunub
11:42 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:37 ]

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kataloqu 5 dildə - Azərbaycan, ingilis, rus, ərəb və türk dillərində nəşr olunub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, kataloqda “1984-2014-cü illər arasında “Xəzər” dünya ədəbiyyatı jurnalında və “Yol” ədəbi-bədii qəzetində nəşr olunan ədəbiyyatlar”, “Məktub və gündəliklər”, “Müsahibələr”, “Esse və məqalələr”, “Nobel məruzələri”, “Memuar ədəbiyyat”, “İlahi keçid” silsiləsindən tərcümələr”, “Elmi-fəlsəfi ədəbiyyat” “Azərbaycan Tərcümə Mərkəzinin kitab nəşrləri” bölmələri yer alıb.

 

Kataloq Tərcümə Mərkəzinin fəaliyyəti, eləcə də Mərkəz tərəfindən Azərbaycan dilinə edilən tərcümələrlə tanış olmaq istəyən tərcüməçilər, bu sahə ilə əlaqəli olan mütəxəssislər, həmçinin, tərcümə fakültələrinin tələbələri üçün nəzərdə tutulub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR