Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər

Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər
22:32 12 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan Türkmənistanda Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
"Report"-un Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iki ölkənin hökümət nümayəndələrinin də iştirak etdiyi görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional təhlükəsizlik müzakirə olunub. Dövlət başçıları Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və Xəzər Dənizinin enerji resurlarının daşınması kimi məsələlərə də toxunublar.
Qeyd edək ki, Türkmənistanın tərəfsiz dövlət statusunu əldə etməsinin 20 illiyi ilə bağlı Aşxabadda bir sıra tədbirlər keçirilir.



Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustan-ve-turkiye-prezidentleri-turkmenistanda-gorusdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR