Cenevrədə bomba hazırlamaqda şübhəli bilinən suriyalılar saxlanılıb

Cenevrədə bomba hazırlamaqda şübhəli bilinən suriyalılar saxlanılıb
22:37 12 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Cenevrədə partlayıcı maddə və toksik qazların hazırlanma və daşınmasında ittiham edilən Suriya əsilli iki nəfər saxlanılıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ölkə prokurorluğu bildirib ki, saxlanılan şəxslər həmçinin terrorçu qruplaşmaların fəaliyyətini qadağan edən qanunu pozmaqda şübhəli bilinirlər.
İsveçrə hökuməti cümə günü "İŞİD" qruplaşmasının Cenevrədə “potensial hüceyrə” qurduğu barədə məlumat alıb.
Artıq bir həftədir ki, ölkə polisi və sərhəd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Yerli mətbuata əsasən suriyalılar polisə döyüş ləqəblərini bildiriblər və hazırda hüquq-mühafizə orqanları onların həqiqi adlarını müəyyən etməyə çalışır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR