Bakıda 3 otaqlı ev yanıb, 1 nəfər zəhərlənib

Bakıda 3 otaqlı ev yanıb, 1 nəfər zəhərlənib
22:57 12 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-3-otaqli-ev-yanib-1-nefer-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR