Bakıdan keçəcək böyük pullar

Bakıdan keçəcək böyük pullar
23:16 12 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ilin əvvəlindən Azərbaycan nəqliyyat vasitələrinin “Yaşıl Kart” beynəlxalq sığorta sisteminə qoşulacaq.

ANS PRESS-in məlumatına görə, bu addım beynəlxalq yük daşımalarında Azərbaycanın tranzit ölkə rolunun artırılması məsələsində böyük rol oynayacaq. Dolayısı ilə ölkədən keçən tranzit yük avtomobillərin sayı artacaq.

“Yaşıl Kart” sisteminin sığorta polisi nəqliyyat vasitəsinin Avropa Birliyi ölkələri ərazisində, həmçinin bu sistemə qoşulmuş Aralıq dənizi və Cənubi Afrika ölkələri ərazisində müdafiəsini təmin edir. “Yaşıl Kart” sistemin iştirakçı dövlətlərinin qanunvericiliyinə görə, avtomobil nəqliyyatınının sahibinin üçüncü şəxs qarşısında məsuliyyətini sığorta edir. Dünyanın 45-dəni artıq ölkəsi “Yaşıl Kart” sisteminə qoşulub. Bunların sırasında Albaniya, Andorra, Belçika, Bosniya-Herseqovina, Bolqarıstan, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Böyük Britaniya, İran, İrlandiya, İslandiya, İsrail, İtaliya, Serbiya, Montoneqro, Xorvatiya, Latviya, Litva, Lüksemburq, Malta, Mərakeş, Makedoniya, Moldova, Hollandiya, Norveç, Avstriya, Polşa, Portuqaliya, Rumıniya, İsveç, İsveçrə, Slovakiya, Sloveniya, İspaniya, Çexiya, Türkiyə, Tunis, Ukrayna, Macarıstan, Belarus və Kipr kimi dövlətlərin adı var.

“Yaşıl Kart” sisteminə qoşulmuş ölkələr


Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası bildirilib ki, 2016-cı ilin yanvar ayının 1-dən Yaşıl Kartla Azərbaycana daxil olacaq xarici qeydiyyatlı avtonəqliyyat vasitələrinin gömrük sərhəd məntəqələrindən Azərbaycan Respublikası ərazisinə buraxılması üçün sığorta haqqı ödəyib icbari sığorta müqaviləsi bağlamalarına ehtiyac olmayacaq. Bu, tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini bir qədər də azaldacaq.

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin rəhbəri, yol infrastrukturu üzrə mütəxəssis Azər Allahverənov bu dəyişikliyin həddindən önəmli olduğunu bildirir: “Bu, yüklərin Azərbaycandan keçidinin ucuzlaşdırılması baxımından çox böyük önəm daşıyır. Bir-iki il öncə bu barədə müəyyən hesabat dərc olunmuşdu. 1 ton tranzit yükün keçməsi Azərbaycandan 450 dollara, Rusiyadan isə 250 dollara başa gəlir. Ona görə də Qazaxıstana və Orta Asiyaya yük daşıyan Türkiyə yük maşınları Rusiyadan istifadə edirdilər”,- deyə Azər Allahverənov ANS PRESS-ə bildirib.


Azər Allahverənov - yol infrastrukturu üzrə mütəxəssis

Ekspertin fikrincə, bu cür addımlar Azərbacandan tranzit yüklərin keçidini ucuzlaşdıra bilər: “Son zamanlarda bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, bərə yol ilə yüklərin daşınması 20%, dəmir yolu ilə isə 30% ucuzlaşdırılıb. Təbii ki, bu cür addımlar yüklərin Gürcüstandan Rusiyadan deyil, Azərbaycandan daşınmasına imkan verəcək. Nəticədə, ölkənin tranzitdən əldə etdiyi gəlirlər artacaq və biz yolların təmiri üçün Dünya Bankından aldığımız vəsaitləri azalda biləcəyik. Çünki tranzitdən əldə edilən vəsaitlər birbaşa yol tikintisinə gedəcək”.

Azərbaycandan keçən tranzit yüklərin artması ölkənin loqistika obyektlərinin də gəlirlərini artıracaq. Bu, dövlət büdcəsinə neftdən kənar sektordan daxil olan vəsaitlərin artması ilə yanaşı, həm də regionlarda yüzlərlə iş yerinin açılması deməkdir. Həm də nəqliyyatdan daxil ola gəlirlər manipulyativ effekt verərək əhalinin dolanışığını yaxşılaşdıracaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR