Evliliyinizi “yeniləyin”

Evliliyinizi “yeniləyin”
23:17 12 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

"Bunu heç vaxt unutmayacağam"... Evlilikdə ünsiyyəti alt-üst edən bu cümlə əməldə deyil, sözdə qalsa belə, evliliyə böyük zərbə vurur. 

Elə ilk gündən qarşı tərəfi bağışlamamağa köklənən tərəf öz evliliyini böyük bir uçuruma sürükləyir. Bu isə onların evliliyini son həddə çatdırmasa belə, onları gəlişigözəl bir evliliyə məhkum edir. Başqa sözlə, bağışlanmayan səhvlər (bunu unudulmayan səhvlər də adlandırmaq olar) tikan üstündə davam edən bir evliliyə səbəb olur. Ona görə də, tərəflər arasında öz həllini tapmamış problemlərin olmaması çox vacibdir. Hətta mübahisə edərək belə olsa, bir problemi həll etmək onu öz içində böyütməkdən daha yaxşıdır...

Evliliyin uçuruma sürüklənməsi bəzən kiçik problemlərin üst-üstə yığılması nəticəsində də başlayır. Bu şəkildə başlayan problemlər zaman keçdikcə süni bəndə çevrilərək, ünsiyyət kanalının qarşısını kəsir. Ona görə də, müvəqqəti də olsa, ya bağışlamaq, ya da unutmaq hesabına səhvlərə göz yummaq, həmçinin problemin həllini daha əlverişli bir vaxta qədər təxirə salmaq evliliyin gələcəyi baxımından çox vacibdir. Bu, həmçinin tərəflərin mübahisəyə (və ya münaqişəyə) fasilə verərək, aralarındakı ünsiyyəti "yeniləmələrinə" də imkan verir. Belə olduqda, səhv edən tərəf də, səhvə məruz qalan tərəf də münaqişə mühitinin tələb etdiyi müdafiə psixologiyasından uzaqlaşır və beləliklə də, birinci tərəf üçün səhvini başa düşmək, ikinci tərəf üçün isə səhvini bağışlamaq daha asan olur. Əlbəttə ki, hər problemdən qısa bir vaxtda həll gözləmək də doğru deyil. Çünki səhvin başa düşmək də, səhvi bağışlamaq da vaxt tələb edir. Ona görə də, tərəflər mübahisəyə (və ya münaqişəyə) fasilə verməli və həm özlərini, həm də bir-birilərini dinləməyə çalışmalıdırlar. Digər tərəfdən, bu sülh dövründə tərəflər həll edilməmiş problemlər üzərində daha sağlam düşünür, ən əsası isə bu onlara mövcud problemlərdən irəli gələn "qərəz" mövqeyindən xilas olmağa imkan verir. Ancaq bütün bunlara baxmayaraq, bu sülh dövrünü məsələnin həll olması kimi şərh etmək də doğru deyil. Çünki öz həllini tapmamış problemlər yenə də nə vaxtsa, özünü göstərməyə məhkumdur (hətta onları nə qədər görməməzliyə vursaq belə). Ona görə də, tərəflər sakitləşdikdən sonra məsələni yenidən gündəliyə çıxarmalı, ancaq sağlam düşüncəni də əldən verməmlidirlər. Bu mərhələdə əsasən bu məqamlara diqqət yetirmək lazımdır. Birincisi, nə olursa-olsun, problemləri tez-tez dilə gətirməyin. Daha çox bu problemlərlə bağlı qarşılıqlı hisslərinizi (istər mənfi olsun, istərsə də müsbət) ifadə etməyə çalışın. Bir də unutmayın ki, keçmişdə baş verən problemləri tamamilə unutmaq mümkün olmadığı kimi, heç bir şey olmamış kimi davranmaq da doğru deyil. Ona görə də, hər şeydə olduğu kimi, evlilikdə də balans çox vacibdir. Baş verən problemləri yenidən nəzərdən keçirərkən tərəflər bu məsələlərə də xüsusilə diqqət yetirməlidirlər: Birincisi, problemi özünü haqlı çıxarmaq üçün yox, problemin mahiyyətini dərk etmək üçün nəzərdən keçirmək. İkincisi isə problemi təkcə öz tərəfindən yox, onun tərəfindən qiymətləndirmək üçün nəzərdən keçirmək. Digər tərəfdən, problemin həlli üçün hər iki tərəf də addım atmalı və problemin təkcə bu və ya başqa tərəfə aid olmasını gözləməməlidir.

Evlilikdə bəzən bir-biridən asılı olmayan hadisələr nəticəsində də problemlər baş verə bilər. Buna görə də, tərəflər evliliyin sağlam bir şəkildə davam etməsi üçün yaşadıqları problemlərdə özünütənqidi əsas götürərək özlərini inkişaf etdirməli və baş verən hadisələri daha çox bir təcrübə kimi görməyə çalışmalıdırlar.

Evliliyi "yenilənməsində" vacib olan şeylərdən biri də tərəflərin bir-birinə vaxt ayırmasıdır. Çünki əgər sağlam ünsiyyət qurmaq istəyirsinizsə, təkcə hisslərinizlə yox, hərəkətlərinizlə də özünüzü ifadə etməyi bacarmalısınız. Bununla yanaşı, yaxşı natiq olmaqla yanaşı, yaxşı dinləyici də olmalısınız.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR