Fatih Terim rəqiblərini dəyərləndirdi

Fatih Terim rəqiblərini dəyərləndirdi
23:22 12 Dekabr 2015
83 İdman
Ölkə mətbuatı
A- A+

"Qrupumuz digərlərinə nisbətən daha çətin görünür. Amma bu yalnız kağız üzərindədi. Türkiyə uğur üçün hər şeyi edəcək". Fanat.az хəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

Bu gün "AVRO-2016"nın püşkü atılıb. Türkiyə millisi İspaniya, Çeхtiya və Xorvatiya ilə eyni qrupda yer alıb. Fatih Terim qrupu dəyərləndirib: "İlk oyunu Xorvatiyaya qarşı keçirəcəyik. Sonra İspaniya ilə qarşılaşacağıq. Çeхiya ilə oyun yenə sona qaldı. Böyük təsadüfxdü. İspaniya hər futbolçusu ulduz olan böyük komandadı. Çeхiya bizim kimi bir komandadı. Xorvatiya dünya çempionatındakı rəqibimizdi. Nəticə nə olursa-olsun, burdayıq. Əlimizdən gələni edib yarışın içində olacağıq".

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR