Parisdə Qlobal iqlim razılaşması imzalanıb

Parisdə Qlobal iqlim razılaşması imzalanıb
23:32 12 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransın (COP21) sonunda yekun razılaşma əldə olunub.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, konfrans iştirakçıları atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun XX əsrlə müqayisədə orta hesabla 2 dərəcədən yuxarı qalxmamasına dair razılıq əldə ediblər.
Bəzi inkişaf etmiş dövlətlərin etirazına baxmayaraq danışıqların sonunda Çin və Hindistan da yekun protokola müsbət rəy veriblər.
Razılaşma atmosferə atılan zərərli tullantıların həcmini azaltmaq üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur.
Mütəxəssislər sənədin təsdiqlənməsi tarixi qərar adlandırıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/qlobal-iqlim-razilasmasinin-layihesi-tesdiq-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR