ABŞ Gürcüstana hərbi helikopterlər bağışlayacaq

ABŞ Gürcüstana hərbi helikopterlər bağışlayacaq
23:39 12 Dekabr 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hökuməti  Gürcüstana iki hərbi helikopter verəcək. APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə,   Gürcüstan hökumətinin təsdiq etdiyi qərara əsasən, 50 mln dollarlıq qrant çərçivəsində Gürcüstan 18 608 036  dollar dəyərində iki  “HUEY II” helikopteri əldə edəcək.

 

Xilasetmə əməliyyatlarına da cəlb ediləcəyi nəzərdə tutulan hərbi helikopterlər Gürcüstana 2018-ci ildə təhvil veriləcək. Layihədə helikopterlərin ehtiyat hissələrinin verilməsi və pilotlara təlim keçirilməsi nəzərdə tutulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR