600 fəhlə «Azimport»dan pulunu ala bilbir – QALMAQAL

600 fəhlə «Azimport»dan pulunu ala bilbir – QALMAQAL
23:57 12 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

"Bizi aldatdılar ki, əmək müqaviləsi bağlayacaqlar. Adımıza hesab açacaqlar, maaş kartı verəcəklər. Qrupumuzda 600-ə yaxın işçi çalışırdı. Bizi Bayıl qəsəbəsində "Şanxay" deyilən ərazidə aylarla işlətdilər. Pulumuzu vermədilər. İndi də deyirlər, "şirkət sahibsiz qalıb". Pul üçün kimə müraciət edəcəyimizi bilmirik".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bu ilin martında "Azimport" şirkətinin layihəsində işləmiş Tağı Kərimov belə deyir.

"600 FƏHLƏDƏN HARA QƏDƏR QAÇACAQLAR?"

Onun sözlərincə, martda şirkət azı 600 fəhləni Bayılda, "Şanxay" deyilən ərazidə fəhlə kimi işlədib, pullarını isə verməyib: ""Azimport" şirkəti ilə danışığımıza əsasən, Bayıl qəsəbəsi, "Şanxay" deyilən ərazidə evlərin ağardılması və dam örtüklərinin boyanması işlərinə başladıq".

Şikayətçilərin dediklərinə görə, dam örtüyünün bir kvadratmetrini 60, divarları 30 qəpiyə işləməyə razılaşıblar. İki aya işləri başa vurublar. Zəhmət haqlarının az hissəsi ödənilsə də, qalan hissəsi verilməyib.

Fəhlə İsmayıl Səfərov: "Bizi süründürdükcə anladıq ki, əslində elə pulumuzu verməmək üçün bizimlə nə əmək, nə də xidməti müqavilə bağlayıblar. 6 aydır bilmirik ki, pulumuzu kimdən tələb edək. Hamısı qaçıb gizlənib. 600 fəhlədən hara qədər qaçacaqlar axı?".

Bayıldakı "Şanxay" layihəsində çalışan digər fəhlə Qulu Həsənov deyir, sonuncu dəfə üç ay əvvəl şirkətə pulu üçün gedəndə ona bildiriblər ki, fəhlələrə ödənilməli olan pullar xərclənib:

"Şirkətin qarşısında dəfələrlə polis zorakılığına məruz qalmışıq. Şirkətin rəhbərlərindən olan Azər Əsgərov bizi "zibil tör-töküntüləri" adlandırıb, qapıdan qovub. Biz də Baş Prokurorluqda olmuşuq, heç bir nəticəsi olmayıb".

Fəhlə deyir ki, banklara olan borcunu qaytarmaq üçün müqaviləsiz işləməyə razılaşmaq məcburiyyətində qalıb. Ancaq, əksinə, vəziyyəti daha da ağırlaşıb.

"BURADA KÜTLƏVİLİK VAR"

"Azimport" şirkəti 2004-cü ildən, əsasən dövlətin maliyyəsi ilə fəaliyyət göstərib. Adı irihəcmli tikinti layihələrində keçir. Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi, "Azimport" şirkətinin sahibi Rəşad Məmmədov həbs olunduqdan sonra şirkətin fəaliyyəti də faktiki dayandırılıb. Bir müddətdir ki, şirkətdən zəngləri cavablandıran yoxdur. Son vaxtlar şirkətin adı təkcə qanunsuz söküntü məsələlərində yox, həm də müxtəlif layihələrdə minlərlə fəhləni işlədib məvaciblərini ödəməməkdə hallanır.

Hüquqşünas Fuad Hüseynov deyir, məsələnin həlli məhkəmədən keçir:

"Əlbəttə, söhbət bir-iki fəhlədən getsəydi, tərəflər arasında müqavilə olmadığına görə həmin bir-iki iddiaçı şirkət tərəfindən fəhlə kimi işlədildiyini çətinliklə sübuta yetirə bilərdi. Çünki müqavilə yoxdursa, iddiaçı gərək başqa sübutlar təqdim edə. Məsələn, işlədiyini sübut edən foto, video, yaxud iş yoldaşlarının şahidliyi və s. Ancaq söhbət 600 nəfərin işindən gedirsə, burada kütləvilik var. Yəni, hətta müqavilə olmasa da, fəhlələr işlədiklərini çox asanlıqla məhkəmədə sübut edə biləcəklər. Odur ki, məhkəməyə müraciət etsinlər".

Elə fəhlələr də qısa zamanda pulları ödənilməsə, "Azimport"a qarşı məhkəmə davası açacaqlarını bildirirlər.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məhərrəm ayı başladı

22 Sentyabr 2017 08:14

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

22 Sentyabr 2017 08:12

Avstriyada üzünü örtən şəxslər cəzalandırılacaq

22 Sentyabr 2017 08:09

Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq

22 Sentyabr 2017 08:04

Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb

22 Sentyabr 2017 08:02

Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

22 Sentyabr 2017 07:47

Çilinin cənubunda sutka ərzində dördüncü kilsə yandırılıb

22 Sentyabr 2017 07:37

Tibb bacıları reanimasiyada yatan qocayla məzələndilər - FOTOVİDEO

22 Sentyabr 2017 07:28

ABŞ və Əfqanıstan razılığa gəliblər

22 Sentyabr 2017 07:09

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52