Rus nazirdən dünyanı qorxuya salan açıqlama

Rus nazirdən dünyanı qorxuya salan açıqlama
00:01 13 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

“Gələn il dünya bazarında neftin qiyməti 30 dollara qədər enə bilər. Rusiya bu çətin vəziyyətə hazır olmalıdır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov Kazanda keçirilərən iclasda deyib.

Nazir həmçinin neftin qiymətinin 30 dollardan da aşağı düşəcəyini istisna etməyib: "Biz görürük ki, hazırdan neft bazarına yeni oyuçular daxil olur. Gələn il dünyada “qara qızıl”a təlabatın azalacağı proqnozlaşdırılır. Yaranmış vəziyyətdə büdcənin həcmini azaltmaq lazımdır”.

Maliyyə naziri qiymətlərin düşməsini OPEK ölkələrinin neft siyasətinin düzgün aparmaması ilə əlaqələndirib. “Demək olar ki, hazırda bu ölkələr arasında neft siyasəti yoxdur. Hər bir dövlət özü üçün bir prinsip ortaya qoyur”.


Anton Siluanov - Rusiyanın maliyyə naziri


Dünya bazarında neftin qiymətinin enməsi təkcə Rusiyanı deyil, “qara qızıl” ixrac edən dövlətlərin hər birinə mənfi təsir edir. Qlobal neft bolluğu fonunda neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına səbəb olur.

Bu gün “Brent” markalı neftin bareli son 7 ildə ilk dəfə olaraq 37,93 dollara düşüb. Xam neft isə 3.1 faiz ucuzlaşaraq 35.62 dollardan satılıb. “Texas” (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 35.36 dollar təşkil edib. Qiymət azalması Azərbaycanın dünya bazarına çıxardığı “AzəriLayt” markalı neftin qiymətinə də təsirsir ötüşmür. Bu gün Azərbaycan neftinin bir barrelinin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 40,42 dollar təşkil edib.

2016 –cı il Azərbaycan büdcəsində neftin qiyməti 50 dollar təyin edilib. Amma hazırda “AzəriLayt” markalı neftin dünya bazarında nəzərdə tutulan 40 dollar civarında dəyişir.
Bu isə Azərbaycan büdcəsinə yenidən baxılması məsələsini gündəmə gətirir.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, büdcədə “qara qızıl”ın qiymətinə yenidən baxılma məsələsi qarşıdakı tendensiyalardan aslıdır: “Bu il neftin qiyməti kəskin şəkildə aşağı endi. Amma bizdə dövlət büdcəsində neftin qiyməti dəyişdirilmədi. Biz 90 dollar nəzərdə tutmuşduq amma neftin qiyməti 40 - 45 dollar ətrafında dəyişir. Amma xərclər azaldıldığı üçün büdcə kəsiri az oldu. 9 ayın yekunlarına görə, büdcə kəsiri 300 milyon dollardır. Amma 1 milyard 500 milyon proqnozlaşdırılmışdı. Azərbaycanda neft sektorunun çox hissəsi dövlətə məxsusdur. Məsələn, hər hansı bir iş üçün 100 manat xərclənməsi nəzərdə tutulub. Amma nefti düşdüyü üçün 50 manat xərclənir. Bu səbəbdən büdcədə neftin qiymətinə yenidən baxılmasının bir əhəmiyyəti yoxdur”.


Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı


Oqtay Haqverdiyev bildirir ki, neftin qiymətinin enməsi ən çox Rusiya iqtisadiyyatına zərbə vurur.

"Səudiyyə Ərəbistanıda neftin qiymətinin ucuzlaşmasında milyonlara dollar itirir. Amma Rusiyadan fərqli olaraq bu ölkənin 700 milyard dollar maliyyə ehtiyatı var. Rusiyanın isə 320 – 330 milyarda dollar civarındadır. Əvvəl isə Rusiyanın maliyyə ehtiyatı 500 milyarda dollar ətrafında idi. ABŞ və Səudiyyə Ərəbistanın potensiyalı yüksək olsada Rusiyanın bu imkanı yoxdur”.

Neftin qiymətinin XX əsrin 80 - 90 -cı illərində də neftin qiyməti kəskin şəkildə aşağı enib. Həmin vaxt neftin qiyməti 8 dollara qədər düşüb. Amma müəyyən müddətdən sonra neftə təlabatın artması qiymətin qalxması ilə nəticələnib. Hazırda neftə təlabat çox olsa da qiymət qalxmır.

Neftin qiymətinin enməsi Azərbaycanın da maliyyə gəlirlərinin azalmasına səbəb olur. Bu gün maliyyə naziri Samir Şərifov nazirlikdə 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb.

Büdcə gəlirlərinin azaldığı bir vaxtda alternativ maliyyə mənbələrinin taplıması gündəmə gəlir. Elə bu baxımda yükdaşıma qiymətlərinin endirilməsini bu istiqamətdə atılan addımlardan hesab etmək olar. Yəqin ki, neftə etibarın itdiyi bir dövrdə nəqliyyat dəhlizləri və qeyri - neft sektoru ən etibarlı gəlir mənbələrindən birinə çevriləcək. Azərbaycanın yerləşdiyi coğrafi mövqe isə ona beynəlxalq nəqliyyat sektorundan böyük gəlirlər götürməsinə şərait yarada bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR