195 ölkə iqlimə dair yeni ümumdünya sazişi dəstəklədi

195 ölkə iqlimə dair yeni ümumdünya sazişi dəstəklədi
02:09 13 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə iqlimə dair keçirilən konfransın iştirakçıları ümumdünya iqlim sazişini razılaşdırıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə konfransın plenar sessiyasında Fransa XİN rəhbəri Loran Fabius bildirib.  

 

Məlumata görə,  yeni saziş 195 ölkə tərəfindən dəstəklənib.

 

Yeni saziş 2020-ci ildən sonra atmosferə atılan zərərli qazların  həcmini və iqlim dəyişikliyinin qarşısının alınmasına dair tədbirləri müəyyən edəcək.

 

Bütün ölkələr atmosferə atılan zərərli qazların həcminin azaldılmasına, texnoloji islahatlara və iqlim dəyişikliklərinə adaptasiyaya dair öz milli planlarını  müəyyən etməlidirlər.

 

Saziş 2020-ci ildən başlayaraq inkişaf etməkdə olan ölkələrə hər il 100 mlrd dollar vəsaitin ayrılmasını, qlobal temperaturun qalxmasının qarşısını almağı (temperaturun qalxması 2 dərəcədən çox olmamalı) nəzərdə tutur.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR