Dəhşətli görüntülər (VİDEO, FOTO 18+)

Dəhşətli görüntülər (VİDEO, FOTO 18+)
03:01 13 Dekabr 2015
261 Digər
Ölkə mətbuatı
A- A+

Burundinin paytaxtı Bujumbura şəhərində 39 cəsəd küçələrə atılmış halda tapılıb.

ANS PRESS-in məlumatına görə, Afrika ölkəsinə bir neçə gün əvvəl edilən hücumların ardından yaşanan bu halın polisin intiqamı olaraq şərh olunur. Cəsədlərin böyük əksəriyyəti şəhərdə hökumət əleyhdarı olan bölgədə tapılıb. İnsanlar küçələrə atılan cəsədlərin yanından keçərək öz işləri ilə məşguldur.


Bujumbura küşələri

Şahidlərindən biri öldürülənlərdən bəzilərinin daha cavan yaşda olduğunu bildirib. Öldürülən şəxslərin başlarına vurulan bir güllə ilə edam edildikləri qeyd olunur. Cəsədlərdən bəziləri əlləri arxadan bağlıdır. Burundi prezidenti Pierre Nkurunzizanın iyul ayında üçüncü dəfə qalib gəlməsi səbəbindən ölkədə rəhbərlik əleyhdarları etirazlara başlayıb.



Xarici mətbuat şəhərdə daha əvvəllər də küçələrdə cəsədlərin olduğunu qeyd edir, lakin ilk dəfə bu qədər çox sayda insanın bir gecədə öldürüldüyünü vurğulayıb. Ölkədə aprel ayından bu yana 250 dən çox adam öldürülüb.



Belə bir hal keçən il Ukraynada baş verib. Ölkədə 2013-cü ildən gedən döyüşlər insanları da daş ürəkli edib. Ölkənin şərqində küçələr cəsədlərlə doludur və bu insanlar üçün adi hal alıb. Belə ki, küçələrdə cəsədlər yığılıb qalıb. Lakin insanlar öz həyatlarına normal şəkildə davam edirlər. Bu mənzərə ukraynalıların ölkədə gedən döyüşlərə necə öyrəşdiklərini gözlər önünə gətirir.




Burundi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR