Bina avotmobillərin üstünə uçacaqdı (VİDEO, FOTO)

Bina avotmobillərin üstünə uçacaqdı (VİDEO, FOTO)
03:51 13 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətinin Sunszyan rayonunda iki kiçik bina yola uçub.

ANS PRESS-in məlumatına görə, binaların uçmasına səbəb ərazidə olan güclü sürüşmədir. Sürüşmə isə güclü yağışların sayəsində olub. Hadisə anı müşahidə kameralarına düşüb. Yerli KİV-in bildirdiyinə görə, dağılma vaxtı heç kim zərər çəkməyib.


Hadisə baş verən an

İlk təhlükənin yaxınlaşmasını yoldan keçən piyadalar görüb və dərhal sürücülərə xəbərdarlıq etməyə çalışıblar. Bir neçə insan əllərini yelləməyə başlayaraq yoldan keçən maşınları qəzadan qurtarıb. Bunun sayəsində qəzadan itkisiz qaçmaq mümkün olub. Dağılmış binalarda qabaqcadan insanlar xəbərdar edildiyindən kimsə olmayıb.


Quyçjou əyaləti xəritədə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR