Bakıda yanğın, 1 nəfər xəstəxanalıq oldu

Bakıda yanğın, 1 nəfər xəstəxanalıq oldu
04:39 13 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağında 1 ədəd yataq dəsti və plastik pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanıb.  Yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus “SALOĞLU” mebel mağazasına məxsus ümumi sahəsi 27 kv.m olan vaqon tipli gözətçi otağın tavanı 2 kv.m sahədə yanıb. Gözətçi otağının qalan hissəsi yanğından mühafizə olunub.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR