Qardaş iki bacısını öldürdü (VİDEO,FOTO)

Qardaş iki bacısını öldürdü (VİDEO,FOTO)
04:56 13 Dekabr 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Qaziantep şəhərində dəhşətli ailə dramı yaşanıb. ANS PRESS-in məlumatına görə, yolda gedən iki bacı böyük qardaşı tərəfindən öldürülüb.

Qardaş bacılarını tapançadan atdığı atəşlə öldürüb. Cinayətdə şübhəli bilinən böyük qardaş artıq polis tərəfindən tutulub. Hadisə günorta saat 14.00 radələrində Kolejtepe məhəlləsində baş verib. Yolda gedən qadınlara avtomobildən tapançayla atəş edilib. Güllələrə hədəf olan qadınlar hadisə yerində ölüb. Təcavüzkar isə avtomobillə qaçmağa çalışıb. Polis qaçan şəxsi bir müddət sonra tutub. İlkin istintaq nəticəsinə görə, hadisənin miras məsələsi üstdə olduğu bildirilir.


Hadisə baş verən ərazi

Hayri Azgın bacıları 42 yaşlı Semra Azgın və 41 yaşlı ailəli Elif Kınacını tapançayla vuraraq öldürdüyünü boynuna alıb. Hadisə zamanı 45 yaşlı Hayrinin yanında olan və avtomobili idarə edən qardaşı Halil Azgın da saxlanılıb.

Türkiyədə 2010-ci ildən bu yana mətbuata əks olunmuş qadın cinayətlərinin statistikasını aparan Qadın Cinayətləri saytının verdiyi məlumata görə, öldürülən qadınların demək olar ki, hamısının qatilləri tanışları səxslərdir.



Son beş ildə Türkiyədə 1134 qadın öldürülüb. Bu cinayətlərin 1085-inde şübhəli qurbanın tanışı olub. Eyni zamanda qardaşı tərəfindən öldürülən qadınların sayı isə 48 dir.


2010-2015 ci illərdə öldürülən qadınların xəritədə ərazi üzrəstatistik göstəriciləri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR