Günün günorta çağı 1 milyon dollarlıq daş-qaş oğurlandı

Günün günorta çağı 1 milyon dollarlıq daş-qaş oğurlandı
06:41 13 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə, dünya şöhrətli zərgər dükanı olan Çopard güclü mühafizə olunan Yelisey Sarayından bir neçə metr aralıda günün günorta çağı qarətə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Paris polis idarəsi açıqlama verib ki, silahlı dəstə saat 11.00 radələrində dükana basqın edərək, ümumilikdə 1 milyona avroya yaxın dəyəri olan qiymətli daşları qarət edib və aradan çıxıb. Hücum nəticəsində heç kəsin xəsarət almadığı bildirilir.

Parisdə zəngin turistləri və yerli sakinləri cəlb edən zərgər dükanları çoxluq təşkil etdiyindən, tez-tez silahlı qarətçilərin hədəfinə çevrilir. Ancaq qarətin səhər vaxtı prezident sarayının bir neçə addımlığında baş verməsi, Fransa kimi ölkə üçün də olduqca nadir və inanılmaz hadisədir.


Yelisey Sarayının ətrafı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR