Rusiyada güclü yanğın: 21 ölü

Rusiyada güclü yanğın: 21 ölü
08:31 13 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Voronej vilayətində psixonevroloji internatda güclü yanğın hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, yanğın nəticəsində 21 nəfər dünyasını dəyişib.

Yanğınla bağlı araşdırma aparan Rusiya İstintaq Komitəsinin məlumatına görə, iki korpustan ibarət internatda ümumilikdə 140 xəstə olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər 19 yanmış cəsəd aşkarlayıblar. 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Gecə saatlarında başlayan yanğın nəticəsində 23 nəfər xəsarət alıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Lakin ilkin versiya açıqlanıb. Rusiya İstintaq Komitəsinin ilkin ehtimalına görə, yanğın elektrik naqillərindəki qısa qapanma nəticəsində baş verib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR