4 milyard borcu sildilər

4 milyard borcu sildilər
09:27 13 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd. dollar hissəsini silib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Le parisien" nəşri məlumat yayıb.   

Məlumata görə, bu barədə Fransanın maliyyə naziri Mişel Sapen bildirib.
 
"Kubanın borcunun silinməsinə dair əldə olunan saziş 1980-ci ildən bu vaxtadək toplanmış faizlərlə bağlı məsələni həll etməyə imkan verəcək", - deyə Sapen bildirib.
 
Qeyd edək ki, razılaşma Kubanın borcunun qalan 2,6 mlrd. dollar hissəsini 18 il ərzində ödənilməsini nəzərdə tutur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR