2 ev tamamilə yandı

2 ev tamamilə yandı
10:04 13 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax şəhərində ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Bitişik köməkçi otaq yanğından mühafizə olunub. Yanğın saat 08:59-da söndürülüb.

 

Bundan başqa Salyan rayonu, Qarabağlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR