​Monteneqroda NATO-ya üzvlük əleyhinə mitinq keçirilib

​Monteneqroda NATO-ya üzvlük əleyhinə mitinq keçirilib
10:42 13 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Monteneqronun paytaxtı Podqoritsada Rusiyameyilli nümayişçilər mitinqə çıxıblar.
"Report" AFP-yə istinadən xəbər verir ki, onlar ölkənin NATO-ya mümkün üzvlüyünə qarşı çıxış edərək, hökuməti bu məsələnin referenduma çıxarılmasına səsləyiblər.
Müxtəlif qiymətləndirmələrə görə, aksiyada 2 mindən 5 minədək adam iştirak edib.
Nümayişçilər Rusiyayönümlü şüarlar səsləndirərək Serbiya və Rusiya bayraqları dalğalandırıblar.
Monteneqro 2006-cı ildə Serbiyadan ayrıldıqdan sonra NATO-ya daxil olmaq yolunu seçib. Bu yaxınlarda ABŞ ölkənin bu təşəbbüsünə dəstək çıxıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/monteneqroda-nato-ya-uzvluk-eleyhine-mitinq-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR