​İlham Əliyev Voronejdə baş verən faciə ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib

​İlham Əliyev Voronejdə baş verən faciə ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib
11:37 13 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də, gecə saatlarında Voronejin Psixonevroloji İnternatında baş verən və 21 nəfərin ölümü ilə nəticələnən faciə ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
"Report" xəbər verir ki, dövlət başçısı hadisədən kədərləndiyini ifadə edib:
"Hörmətli Vladimir Vladimiroviç, Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/i-lham-eliyev-voronejde-bas-veren-facie-ile-elaqedar-rusiya-prezidentine-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR