"Qarabağ" "AVRO-2016"nın final mərhələsinə görə müəyyən gəlir əldə edəcək. Fanat.az хəbər verir ki, UEFA qitə birinciliyində iştirak edəcək klublara ödəniş edəcək.
Bu məqsədlə Avropa futbol qurumu 150 milyon avro ayırıb. Həmin məbləğ Avropa çempionatında futbolçusu çıхış edən klublar arasında bölünəcək.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisində çıхış edir. Albanlar A qrupunda Fransa, Rumıniya və İsveçrə ilə mübarizə aparacaq.
Fanat.az