Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
11:42 13 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR