Azərbaycanın və Ukraynanın opera ulduzları eyni səhnəni bölüşəcəklər

Azərbaycanın və Ukraynanın opera ulduzları eyni səhnəni bölüşəcəklər
11:53 13 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.
Səhnə əsərində Azərbaycanlı opera həvəskarlarına adı yaxşı tanış olan Ukraynanın Xalq Artisti Olqa Naqornaya, əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda çıxış edəcəklər. Opera tamaşasında, həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.
Operanın dirijoru isə Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_ve_Ukraynanin_opera_ulduzlari_eyni_sehneni_bolusecekler-910882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR