Sosial şəbəkələr məşhur şirkətə qarşı: "Qandır"! - FOTO

Sosial şəbəkələr məşhur şirkətə qarşı: "Qandır"! - FOTO
11:57 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkə istifadəçiləri Starbucks şirkətini yenidən "Milad əleyhinə müharibə"də günahlandırırlar. 

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə Mashable məlumat yayıb. 

Bu dəfə onların qəzəbinə ağ ayı formasında olan peçenyelərin üzərindəki qlazurun rəngi səbəb olub. 

Milad münasibətilə şirkət qırmızı şərfli şimal ayıları formasında peçenye hazırlayıb. Lakin kafelər şəbəkəsinin bir çox müştəriləri iddia edirlər ki, həmin qırmızı "şərflər" qan ləkəsini xatırladır. 

Bir müddət əvvəl isə şirkətin hazırladığı bayram stəkanlarının dizaynını müştərilər "İsaya nifrət" kimi dəyərləndirmişdilər. 

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR