Rusiya və Türkiyə rəsmilərinin sürpriz görüşü

Rusiya və Türkiyə rəsmilərinin sürpriz görüşü
12:12 13 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda görüşüblər.

Anspress-in məlumatına görə, paytaxt Aşqabadda beynəlxalq konfrans zamanı keçirilən görüş Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Matviyenko jurnalistlərə açıqlamasında bildirib ki, bu, Çavuşoğlu ilə ilk görüş deyil. Rusiya rəsmisi görüşün detalları barədə ətraflı məlumat verməyib: "Çox gərgin iş qrafikimiz var. Heç bir rəsmi görüş planlaşdırılmamışdı".

Valentina Matviyenko onu da vurğulayıb ki,Türkiyə iki ölkə arasında güvən hissini yenidən qurmaq üçün Rusiyadan üzr istəməlidir:

"Rusiya və Türkiyə arasında belə problemin yaranmasından dolayı biz günahkar deyilik. Türkiyə Rusiyaya qarşı aqressiv münasibət sərgiləyir, bu, cinayətdir. Rusiya Türkiyədən yaşananlarla bağlı düzgün cavab gözləyir. Xarici İşlər Nazirliyi və digər kanallarla təmaslar yaradılır. Nə Rusiya, nə də Türkiyə rus-türk münasibətlərinin pisləşməsini istəyir. Kim hücum etdisə, bunun məsuliyyətini daşımalıdır. Ümid edirəm ki, Türkiyə baş verənlərə görə üzr istəyəcək", - deyə Matviyenko bildirib.

Matviyenko onu da bildirib ki, Türkiyə baş verənlərə düzgün reaksiya verməzsə, Rusiya bunu bağışlamayacaq.

Noyabrın 24-də Türkiyə Hərbi Hava Qvvələrinin qırıcısə Rusiya ordusuna məxsus Su-24 bombardmançı təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər pisləşib və pik həddə çatıb. Rusiya Türkiyənin üzr istəməsini tələb edir, Türkiyə isə qarşı tərəfin qırıcısının sərhədi pozduğunu və pilota dəfələrlə xəbərdarlıq edildiyini bildirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR