Voronejdə baş verən yanğın zamanı ölənlərin sayı 23-ə çatıb

Voronejdə baş verən yanğın zamanı ölənlərin sayı 23-ə çatıb
12:13 13 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 13 dekabr, AZƏRTAC
Voronej vilayətindəki psixonevroloji dispanserdə baş vermiş yanğında ölənlərin sayı 23 nəfərə çatıb. Hazırda 20 yaralı xəstəxanada müalicə olunur, onlardan 3-nün vəziyyəti ağırdır.
Voronej vilayətinin Novoxoperskaya rayonunun Alfyorovka kəndində yerləşən psixonevroloji dispanserdə yanğın dekabrın 12-də axşam saat 23:00 radələrində başlayıb. Təxminən gecə saat 3-də 600 kvadratmetr sahəni əhatə edən yanğın söndürülüb.
TASS agentliyinin xəbərinə görə, yanğın palataların birində başlayıb. Ehtimal edilir ki, yanğına səbəb odla ehtiyatsız davranma olub.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR