Realiti şou çəkilişlərində qəza: iki ölü

Realiti şou çəkilişlərində qəza: iki ölü
12:31 13 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Argentinada MTV kanalında yayımlanan realiti şounun çəkilişlərinə cəlb olunan helikopter qəzaya urğayıb. Hadisə nəticəsində 2 nəfər həlak olub.

ANS PRESS-in məlumatına görə, həlak olanlar helikopterin göyərtəsində olan pilot və texniki işçi olub. Məlumata görə, helikopter Argentinanın qərbində Portelios su anbarı yaxınlığında qəzaya uğrayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Hadisə yerinə polis güvvələri cəlb olunub


Analojı hal Argentinada bu ilin martında baş verib. Fransız televiziyası üçün “Dropped” realiti şou çəkilişləri zamanı havada iki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olub (8 Fransa vətəndaşı və 2 Argentina vətəndaşı – red.) Helikopterlər Villa Geseli yaşayış məntəqəsi yaxınlığında Buenos-Ayresdən 1170 km aralıqda yerə düşüblər. Ölənlər arasında yaxtsmen Florans Arto, üzgüçü Kamiy Müffat və boksçu Aleksis Vastin kimi məşhur fransalı idmançılar olub.


Argentinada helikopter qəzası. Mart 2015.



Müffat 2012-ci il London Olimpiadasında 3 medal qazanmışdı, Vastin isə Pekində 2008-ci ildə bürünc medala layiq görülmüşdü.

Fransanın TF1 telekanalında yayımlanan Dropped verilişinin ssenarisinə görə məşhurları uzaq rayonlara aparılır və burada onlara yemək və yaşayış yeri tapmaq təklif olunur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR