Realiti şou çəkilişlərində qəza: iki ölü

Realiti şou çəkilişlərində qəza: iki ölü
13:04 13 Dekabr 2015
15 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinada MTV kanalında yayımlanan realiti şounun çəkilişlərinə cəlb olunan helikopter qəzaya urğayıb. Hadisə nəticəsində 2 nəfər həlak olub.

 

Anspress-in məlumatına görə, həlak olanlar helikopterin göyərtəsində olan pilot və texniki işçi olub. Məlumata görə, helikopter Argentinanın qərbində Portelios su anbarı yaxınlığında qəzaya uğrayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

Analoji hal Argentinada bu ilin martında baş verib. Fransız televiziyası üçün “Dropped” realiti şou çəkilişləri zamanı havada iki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olub (8 Fransa vətəndaşı və 2 Argentina vətəndaşı – red.) Helikopterlər Villa Geseli yaşayış məntəqəsi yaxınlığında Buenos-Ayresdən 1170 km aralıqda yerə düşüblər. Ölənlər arasında yaxtsmen Florans Arto, üzgüçü Kamiy Müffat və boksçu Aleksis Vastin kimi məşhur fransalı idmançılar olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR