100 azarkeşin üfunətli etirazı - FOTO

100 azarkeşin üfunətli etirazı - FOTO
13:42 13 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Latsio"nun 100-ə yaxın fanatı klubun bazasının qarşısına 10 kisə peyin tökərək etiraz aksiyası keçirib.
 
Goal.az xəbər verir ki, aksiyada klub rəhbərliyinə ünvanlanmış belə bir şüar da nümayiş etdirilib: "Siz istəyirsiz ki, biz bunda boğulaq, amma əvvəlcə özünüz bundan yeməyə məcbursuz". Digər bannerdə Roma təmsilçisinin prezidenti Klaudio Lotitoya təhqiramiz yazılar yer alıb. Aksiyanın keçirilməsinə səbəb azarkeşlik etdikləri klubun uğursuz çıxışıdır.
 
Xatırladaq ki, A Seriyasında son qələbəsini oktyabrın 28-də "Atalanta" ilə görüşdə qazanan "Latsio"nun növbəti turda rəqibi "Sampdoriya" olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR