​“28 Cinema” ad günü münasibəti ilə biletlərə endirim edib

​“28 Cinema” ad günü münasibəti ilə biletlərə endirim edib
14:22 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı olan “28 Cinema” dekabrın 14-də qeyd olunacaq ad günü münasibəti ilə biletlərin qiymətində endirim edib.
Kinoteatrdan "Report"a verilən məlumata görə, 14 dekabr tarixində, saat 18:00-dək alınan bir biletin dəyəri cəmi 3 manat olacaq. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.
"Kinoteatr ötən 3 il ərzində onu dəstəkləyən və ona hər zaman loyal münasibət göstərən tamaşaçılarına təşəkkür edir", - deyə press-relizdə bildirilir.
"28 Cinema" 3 il bundan öncə Azərbaycanda ilk dəfə olaraq "Enhanced 4K" müasir texnologiyasına əsaslanan, "Barco" yeni nəslindən olan proyektorlar və "3D Xpand" texnologiyalı eynəkləri tətbiq etməyə başlayıb. Məhz bu texnologiyanın istifadəsi sayəsində yüksək keyfiyyətli görüntü almaq mümkün olub ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda "28 Cinema" kinoteatrını insanların sevdiyi məkana çevirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR