Çinin Azərbaycandakı səfirliyi “Açıq qapı” günü təşkil edib

14:33 13 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Çinin Azərbaycandakı səfirliyi “Açıq qapı” günü təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Li Jinsong çıxış edərək Azərbaycan ilə Çin arasındakı mövcud dostluq münasibətlərindən bəhs edib.
O, "Açıq Qapı" gününün azərbaycanlıları Çin haqqında daha çox məlumatlındırmaq məqsədi daşıdığını bildirib. Müvəqqəti işlər vəkili bu cür tədbirlərin iki dost ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcəyini deyib.
Azərbaycan Dillər Universitetinin Çin Dili və Mədəniyyəti Mərkəzinin müdiri Rafiq Abbasov çıxışında ildən-ilə Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, mədəni münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.
R.Abbasov Çin Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti barədə də ətaflı məlumat verib.
Digər çıxış edənlər də bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Sonra Çinin mədəni, iqtisadi, siyasi inkişafından, gündəlik həyatından bəhs edən film nümayiş olunub.
Daha sonra Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin hazırladıqları bədii kompazisiya nümayiş etdirilib. Tədbirdə AZƏRTAC-ın əməkdaşlarının ifasında isə “Yasəmən” Çin xalq mahnısı da səsləndirilib.
Sonra iştirakçılar Çin mətbəxinin təamlarından dadıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinin_Azerbaycandaki_sefirliyi_Achiq_qapi_gunu_teskil_edib-910898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR