Xoşqədəm Hidayətqızı allahdan övlad istədi - FOTO

Xoşqədəm Hidayətqızı allahdan övlad istədi - FOTO
15:17 13 Dekabr 2015
278 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az big.az-a istinadən bildirir ki, məşhur jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkədə maraqlı paylaşım edib.

"Bu körpənin həsrətində olan nə qədər insan var. Allahım, onları övladla sevindir. Bir az öncə yuxudan qalxıb övlad istəyən valideynlər üçün dua etdim. Xatırlayırsınızsa, bir müddət öncə bizim verilişimizə bir cütlük çıxmışdı. İllərdir müalicə olunmaqlarına baxmayaraq övladları olmurdu. Türk doktor o ailəylə görüşüb yardım edəcəyinə söz verdi və aylarla süni mayalanma üçün müalicə olundu. Bir neçə həftə öncə xanıma transfer olunmuşdu. Dünən eşidəndə ki, analizlərin nəticəsi neqativdir, ağladım. Çox istəyirdim, övladları olsun, özümə, yaxınlarıma arzuladığım kimi. Bəzən övladını atan ataları, anaları görərkən üsyan edirəm. Axı niyə bu cür valideynlərə övlad nəsib edirsən, gözəl allahım? Bugünkü duam övlad həsrətində olanlar üçündür. Həkimsiz, dərmansız sən onları övladla sevindir, böyük allahım. Kimsəyə möhtac etmədən".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR